01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İranda Qadınlar Günündə qadına...

10 yan 2024 17:00
HADİSƏ
ads

İranda hicabsız şəklini paylaşan Röya Heşmətiyə Qadınlar Günündə (İİR təqvimində) şallaq cəzası hökmünün icra olunması ölkə gündəmini zəbt edib. İş o yerə çatıb ki, dünən “SEPAH”a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı “Fars” informasiya agentliyi bununla bağlı xüsusi süjet hazırlayıb və məsələni başqa yöndə təqdim etməyə çalışıb. Həmin video hökumət mediasında geniş şəkildə tirajlanıb və bununla da ictimaiyyətin hiddətinin cilovlanmasına cəhd göstərilib.

Publika.az xəbər verir ki, 33 yaşlı Röya Heşməti bu ilin aprel ayında Tehrandakı Lalə parkında hicabsız gəzintisini əks etdirən şəklini sosial şəbəkədə paylaşdıqdan sonra gecə ikən yaşadığı mənzildə həbs olunub. Saxlanan zaman onun mobil telefonu və notbuku da müsadirə edilib. 11 gün həbsdə saxlandıqdan sonra Röya Heşməti şərti azadlığa buraxılıb.

Onun vəkili Mazyar Tatayinin nüfuzlu “Şərq” qəzetinə verdiyi açıqlamadan məlum olub ki, istintaq gedişində Röya Heşmətiyə qarşı ictimai yerlərdə hicabsız görünmək ittihamı ilə yanaşı, daha bir neçə ittiham, o cümlədən dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb.

Son nəticədə məhkəmə onun barəsində 13 il 9 ay həbs, 11 milyon 250 min tümən cərimə və 148 şallaq cəzası hökmü çıxarıb, lakin apelyasiya şikayətindən sonra qadının cəzası 1 milyon 250 min tümən cərimə və 74 şallaq zərbəsinə qədər azaldılıb. Nəhayət, ötən çərşənbə günü, yanvarın 3-də Röya Heşməti şallaq cəzasının icrası üçün Tehrandakı 7 saylı ədliyyə idarəsinə gedib və orada ona hökmdə nəzərdə tutulan 74 şallaq zərbəsi vurulub.

Daha ətraflı videosüjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur