29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Oqtay Şirəliyevin səhhəti ilə bağlı bacısından açıqlama

22 yan 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyeva qardaşının səhhəti ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Rəna Şirəliyeva Qaynarinfo-ya açıqlamasında keçmiş nazirin səhhətinin hazırda normal olduğunu deyib:
"Oqtay müəllimin səhhəti hazırda normaldır və özünü yaxşı hiss edir. Onun vəziyyətinin ağır olması ilə bağlı məlumatı hardansa eşidib, yazırsız... Amma mən deyirəm ki, səhhəti normaldır".

Rəna Şirəliyeva Oqtay Şirəliyevin xaricdə müalicə alıb-almaması xəbərinə isə belə reaksiya verib:

"Dedim ki, Oqtay müəllimin səhhəti normaldır, özünü yaxşı hiss edir".

Xatıradaq ki, "Bakupost"un məlumatına görə, Oqtay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir. Keçmiş nazir bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir. Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur