02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ulduz idmançı bağında yıxıldı, ayağı sındı

21 iyn 2024 19:00
İDMAN
ads
Advertisement

Britaniyalı velosipedçi Keti Arçibald öz bağında yıxılaraq xəsarət alıb və Parisdə keçiriləcək Olimpiya Oyunlarını buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

Arçibald anidən büdrədiyini və pis yıxıldığını söyləyib. Onun ayağında sınıqlar aşkarlanıb. Velosipedçi artıq əməliyyat olunub.

“Həkimlərə, tibb bacılarına, rentgenoloqlara, fizioterapevtlərə, cərrahlara və bir çox başqalarına min təşəkkürlər. Bundan sonra baş verənlərə görə üzr istəyirəm, çünki olimpiya komandasında olmayacağam”, – deyə Arçibald bildirib.

30 yaşlı idmançı ikiqat Olimpiya çempionudur. 2016-cı ildə Rio-de-Janeyroda komanda təqib yarışında qızıl, 2021-ci ildə Tokioda dözümlülük yarışında birinci oldu. Bundan əlavə, o, beşqat dünya çempionu və 20 qat Avropa çempionudur.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur