Fransanın həmkarlar ittifaqı mərkəzlərinin fəalları Paris meriyasında 2024-cü il Olimpiya Oyunlarının təşkilatçılarına qarşı mitinq zamanı Sovet İttifaqı himninin soundtrackindən istifadə ediblər.
Publika.az xəbər verir ki, Nümayişin videosunu "X" sosial şəbəkəsində şəhər şurasının üzvü Orellan Veron paylaşıb.
Etirazın səbəbi təşkilatçıların olimpiada zamanı bələdiyyə işçilərini iş saatlarından sonra 10 günlük məzuniyyətdən məhrum etmək niyyəti olub.
Həmkarlar İttifaqı (FO) və Fransanın aparıcı həmkarlar ittifaqı Ümumi Əmək Konfederasiyası (CGT) əmək haqqının artırılmasını, oyunlar zamanı işə görə dekabr ayında birdəfəlik mükafatların ödənilməsini, habelə iş şəraitinin yaxşılaşdırılmasını tələb edib.
Qeyd edək ki, yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Hüseyn İbadlı