ABŞ-ın müdafiə naziri Lloyd Ostin prostat (prostat vəzi) xərçəngindən müalicə olunur və yeni il günü xəstəxanaya yerləşdirilməsinə səbəb olan ağırlaşmalardan əziyyət çəkir.
Publika.az xəbər verir ki, bu barədə Uolter Rid Milli Hərbi Tibb Mərkəzindən verilən açıqlamada deyilir.
Açıqlamada xərçəngin dekabrın əvvəlində aşkar edildiyi bildirilib. Dekabrın 22-də o, xərçəngi müalicə etmək üçün "minimal invaziv cərrahi əməliyyat", prostatektomiya əməliyyatı keçirib.
“O, bu prosedur zamanı ümumi anesteziya altında olub. Ostin heç bir ağırlaşma olmadan əməliyyat olunub və səhəri gün evə qayıdıb. Ona erkən mərhələdə prostat xərçəngi diaqnozu qoyulub və əla proqnoza malikdir”, - deyə məlumatda bildirilir.
Pentaqon Ostinin xəstəxanada qalması ilə bağlı məlumatları üç gün Ağ Evdən gizli saxladığı üçün ABŞ-da qalmaqal yaranıb. ABŞ Müdafiə naziri adi tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib.
Tural