“Real”ın futbolçusu Vinisius Junior baş məşqçi Karlo Ançelottinin hərəkətlərindən məyus olub.
QÜTB.AZ xəbər verir ki, “Barselona” ilə İspaniya Superkubokunun finalında (2:5) “Los Blankos”un çalışdırıcısı 76-cı dəqiqədə braziliyalı cinah oyunçusunu əvəzləyərək ehtiyat oyunçular skamyasına keçirib. Vinisiusun bu qərarı anlamadığı və Ançelottidən incidiyi bildirilir.
Futbolçunun ətrafı hesab edir ki, məşqçisi səhv edib və onun metodlarından məyus olub. Vinisius “Real”ın münasibətindən və klubun dəstəyindən razıdır, lakin Karlo Ançelottinin bəzi qərarlarını bəyənmir.
Qeyd edək ki, bu mövsüm braziliyalı ulduz “Real”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.