PSJ-nin hücumçusu Kilian Mbappe maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, Paris klubunda nə qədər maaş aldığını dəqiq bilmədiyini, lakin buna layiq olduğuna əminlliyini bildirib:
“Bu gün futbolda pulun çox olduğunu deyən insanlara nə deyim? Onları başa düşürəm. Mən də onların yerində idim və eyni şeyi deyirdim. İldə 100 milyon avro qazandığımı deyirlər? Məbləğin nə olduğunun fərqi yoxdur. Düzünü desəm, nə qədər olduğunu dəqiq bilmirəm. Düşünürəm ki, buna yaxındır, amma bu, ən vacib şey deyil.
Ən əsası bu dünyanın necə işlədiyini başa düşmək lazımdır. Sadəcə olaraq buna uyğunlaşdıq. İnsanlar futbolda baş verən hər şeyi, pulun necə qazanıldığını bilmirlər. Amma bununla bağlı problemim yoxdur. Mən qazandığım pula layiqəm, onu heç kimdən oğurlamamışam”.
Qeyd edək ki, 25 yaşlı fransız dünyanın ən çox maaş alan idmançılarından biridir.
Heybət