Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun Zəngəzur dəhlizinin açılmasının faydaları ilə bağlı çıxışı Ermənistanda isterikaya səbəb olub.
Publika.az xəbər verir ki, Gürcüstanda keçirilən "Orta Dəhliz"lə bağlı regional tədbirdə çıxış edən nazir müavini bildirib ki, Azərbaycan avtomobil və dəmir yolu xətlərinin inkişafına sərmayə yatırmaqda davam edir.
Onun sözlərinə görə, əsas məsələlərdən biri də Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirən nəqliyyat xəttinin çəkilməsidir.
“Bu nəqliyyat xətti "Orta Dəhliz" çərçivəsində nəqliyyat və logistika əlaqələrinin inkişafı üçün böyük imkanlar yaradır. Hesablamalara görə, Zəngəzur dəhlizi "Orta Dəhliz"in daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq”, - nazir müavini bildirib.
Rəhman Hümmətovun Zəngəzur dəhlizi ilə bağlı bu çıxışı İrəvanda təşviş yaradıb. Ermənistan mətbuatı nazir müavininin çıxışına belə reaksiya verib: “Azərbaycanın nazir müavini Zəngəzur dəhlizindən əldə olunan gəlirləri hesablayır və Ermənistan haqqında bir kəlmə də yoxdur. Bu, Azərbaycanın daxili layihəsi kimi təqdim olunur”.
Murad