18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycan səfirindən "Rus Evi" açıqlaması

11 apr 2025 05:00
GÜNDƏM
ads

"Azərbaycan və Rusiya arasında Bakıda "Rus Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə dialoq davam edir".

Qutb.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev deyib.

Səfir Azərbaycan tərəfi Moskvanın Bakıda "Rusiya Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə göndərdiyi təklifləri öyrənib-öyrənməməsi ilə bağlı sualı cavablandırarkən bildirib:

"Ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Xələfovun işgüzar səfəri başa çatdı, Rusiya tərəfi bu məsələni qarşımızda qaldırdı. Biz öz mövqeyimizi ifadə edərək qarşı tərəfə çatdırdıq ki, bütün bu təşəbbüslər, bütün bu layihələr milli qanunvericiliyə, tərəflər arasında imzalanmış sazişlərə ciddi şəkildə uyğun həyata keçirilməlidir, yeri gəlmişkən bizim belə bir sazişimiz var. Buna görə də bəli, təklif var, cavab mövqeyimiz var. Amma ən başlıcası odur ki, dialoq davam edir. Bu, çox mühümdür".

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur