Az adam bilir ki, yaddaşla bağlı problemlər damar xəstəlikləri, yanlış həyat tərzi, hətta adi soyuqdəymə nəticəsində də baş verə bilər.
Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Psixoloji və Pedaqoji Universitetinin professoru İrina Roşçina bildirib.
"Yaddaş çox həssas funksiyadır, yəni insanın vəziyyətindəki hər hansı dəyişikliyə çox həssasdır. Məsələn, soyuqdəymə, qızdırma və s. zamanı yeni nəyisə xatırlamağa çalışmaq bədənin normal funksional vəziyyətindən daha çox çətin olacaq", - professor gazeta.ru-ya müsahibəsində deyib.
Yaddaşın pisləşməsinin digər səbəbləri arasında neyropsixoloq insult və ya infarktdan sonra beyinə kifayət qədər qan axınının olmamasını, həmçinin hipertoniya və ya aterosklerozu qeyd edib. Zehni geriləmə həm də alkoqol və narkotik istifadəsi ilə əlaqəli ola bilər. O, sadəcə rəsmi tibbi müayinə ilə kifayətlənməməyi, həm də fiziki sağlamlığınıza nəzarət etməyə çağırıb. Onun sözlərinə görə, qan təzyiqi və şəkər səviyyəsinə nəzarət etmək vacibdir.
Aytən