Rusiya prezidenti Vladimir Putin bir məqsəd güdür - öz dövlətini qorumaq və Ukraynada Amerika silahlarından qurtulmaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Alabama senatoru Tommi Tubervil bildirib.
"Onun Ukraynaya ehtiyacı yoxdur. Avropaya ehtiyacı yoxdur. Onun artıq kifayət qədər öz torpağı var. O, sadəcə əmin olmaq istəyir ki, Ukraynada Moskvaya yönəlmiş ABŞ silahı yoxdur", - deyə o bildirib.
Senator ABŞ prezidenti Co Baydenin diplomatik bacarıqlarının olmaması haqqında da danışıb. Deyib ki, o, Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə sammit təşkil etməyin zəruriliyini dərk etmir.
Adəm