Hazırda zorlamada təqsirli bilinərək istintaq təcridxanasında saxlanılan sabiq futbolçu Dani Alves müstəntiqlərə hadisə baş verən gecə sərxoş olduğunu deyib.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Alvesin vəkili İnes Qvardiola iddia edir ki, sərxoşluq səviyyəsi onun idrak qabiliyyətini zəiflədib və onu hərəkətlərindən xəbərsiz qoyub. Alves 2023-cü ilin yanvarında həbs olunduqdan sonra beşinci dəfədir ki, ifadəsini dəyişir.
İspaniyanın 2023-cü ildə tətbiq edilən cinsi razılıq qanununa əsasən, cinsi zorakılıq ittihamları onlayn zorakılıqdan zorlamaya qədər müxtəlif cinayətləri əhatə edir və hər biri fərqli mümkün cəzalar verir. Zorlamaya görə maksimum mümkün cəza 15 ildir.
Heybət