Belqorod vilayətində “İl-76” təyyarəsinin ABŞ-nin “Patriot” sistemi tərəfindən vurulduğu müəyyən edilib.
Publika.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Rusiya “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq təhqiqatın aparılmasında israrlıdır”, - o qeyd edib.
Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb.