Respublikaçılar Partiyası Co Baydenin çevrəsinin “fırıldaqçılığı” ilə mübarizə aparmaq üçün vaxt və pul sərf etməli olduğu üçün kompensasiya almalıdır.
Publika.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
"Respublikaçılar Partiyasına demokratların saxtakarlıqlarına görə kompensasiya ödənilməlidir. Co Baydenin ətrafında olan hər kəs, o cümlədən həkimləri və yalançı media onun nə prezidentliyə namizədliyini irəli sürmək, nə də prezident olmaq üçün yararlı olmadığını bilirdi"— Ağ Evin rəhbəri vəzifəsinə namizədi qeyd edib.
Bazar günü, iyulun 21-də Bayden yenidən seçilmək istəməyəcəyini açıqladı və Kamala Harrisi namizəd kimi dəstəklədi.
Tural