09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcək

25 iyn 2024 07:00
GÜNDƏM
ads

İyunun 27-28-də Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçiriləcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, ETSN, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.

Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında bu Forumun yeni bir platformaya çevrilməsi gözlənilir. Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" Bakı Təşəbbüsü qəbul ediləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur