28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bakı-Sumqayıt yolunda qəza törədib qaçdı, polis yaxaladı -

24 noy 2023 09:00
HADİSƏ
ads
Advertisement

Qəza törədərək hadisə yerindən qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə məlumatı bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib:

"Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədinin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol nəqliyyat hadisəsi zamanı qanuna uyğun hərəkət etmələrini xahiş edirik".

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur