17.11.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Varşava Universitetində Türk mərkəzi yaradılır

17 noy 2025 14:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Asiya və Afrika Mədəniyyətləri Fakültəsinin dəstəyi ilə Beynəlxalq Türkologiya Konfransı keçirilib.

Qutb.az xəbər verir ki, açılış mərasimində Fondun Prezidenti Aktotı Raimkulova Avropada türk irsinə artan marağı vurğulayaraq bildirib ki, Varşava Universiteti ilə akademik əməkdaşlığın gücləndirilməsi birgə elmi layihələr üçün yeni perspektivlər açır.

Açılışda diplomatik korpusun, eləcə də Azərbaycan, Türkiyə və Özbəkistanın aparıcı universitetlərinin nümayəndələri və türkologiya sahəsində ixtisaslaşmış alimlər iştirak ediblər.

Konfrans çərçivəsində Varşava Universiteti ilə Türk dünyasının aparıcı akademik qurumları arasında elmi mübadilənin genişləndirilməsi və əməkdaşlıq imkanlarının inkişafı məsələləri müzakirə olunub.

Xüsusi diqqəti Türk dünyasını əks etdirən qədim Avropa xəritələrinin nümayiş olunduğu sərgi cəlb edib. Sərgi qazaxıstanlı tədqiqatçı Muhit-Ardager Sıdıknazarov tərəfindən hazırlanıb.

Səfər çərçivəsində Varşava Universiteti nəzdində Türk Mədəni İrs Mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Universitetin prorektoru, Prof. Eva Kroqulek imzalayıblar. Sazişin şərtlərinə uyğun olaraq, türk xalqlarının mədəni irsinin təbliği, elm və təhsillə bağlı təşəbbüslərin inkişafı, interaktiv sərgilərin və seminarların təşkili,  Polşada türk xalqlarına dair ictimai marağın artırılması nəzərdə tutulur.

Səfər  proqramı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Varşava Universitetinin Kitabxanasının direktoru Kristof Nierzviki ilə görüşüb. Görüşdə qədim yazılı mənbələrin tədqiqi və bərpası, birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

A.Raimmkulova Asiya və Sakit Okean Muzeyini ziyarət edib və muzeyin direktoru Yozef Zalevski ilə görüşüb. Tərəflər muzeyin türk xalqları ilə bağlı kolleksiyaları və gələcək mədəni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. 

Türk Mədəniyyəti Fondu ilə səfərdə olan nümayəndə heyəti eləcə də  Belostok şəhərinə səfər edib və burada şəhər merinin müavini Rafal Rudniki, ölkənin Müsəlman Dini İttifaqının rəhbəri və tatar icmasının lideri olan Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşlər keçirilib.

Tərəflər mədəniyyətlərarası dialoqun inkişafı,  qədim türklərdən olan Polşa tatarları ilə əməkdaşlıq, humanitar və mədəni sahələrdə birgə layihələrin perspektivləri barədə müzakirələr aparıblar.  Qeyd olunub ki, artıq 600 ildən çoxdur ki, Belostok bölgəsində tatarlar və karaimlər - türk irsinin varisləri - birgə yaşayaraq Polşanın tarixi və mənəvi mirasının ayrılmaz hissəsinə çevriliblər.

Meriyada keçirilən görüş zamanı Türk irsinin təbliğinə, ictimai təşəbbüslərin dəstəklənməsinə və mədəni mübadilənin genişləndirilməsinə yönəlmiş yeni beynəlxalq layihələrin həyata keçirilməsi barədə razılığa gəlinib.

Belostoka səfər Avropanın Türk mənşəli etnik icmaları ilə qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı, türk dünyasının Avropanın mədəni irsinə verdiyi töhfənin xüsusi önəm kəsb etdiyini də vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur