Separatçıların sonuncu başçısı Samvel Şahramanyan İrəvanda dindirilməyə dəvət olunub.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb. Müstəntiq onun hansı cinayət prosesi çərçivəsində dindirildiyini açıqlamayıb.
Daha əvvəl məlumat verilmişdi ki, separatçıların İrəvandakı təmsilçiliyində gərgin vəziyyət hökm sürür. Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındırıblar.
Şahramanyanın xidməti avtomobili ərazidən uzaqlaşdırılıb.
Adəm Abbaslı