2024-cü il yanvarın 1-nə Rusiyanın xarici borcu 326,6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin əvvəlindəki göstəricidən 14,9 faiz (və ya 57,1 milyard dollar) azdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının məlumatında bildirilib.
“Buna səbəb cəlb olunmuş kreditlər üzrə digər sektorların, o cümlədən birbaşa investisiya münasibətləri çərçivəsində öhdəliklərin azaldılması olub. Hökumət orqanlarının borcları sürətlə azalıb ki, bu da kreditlərin həcminin azalmasına gətirib çıxarıb”, - bankın məlumatında vurğulanıb.
2022-ci il yanvarın 1-nə Rusiya Federasiyasının xarici borcu 478,2 milyard dollar təşkil edib.