02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Atası-anası bilinməyən..."

03 may 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Aşıq Əli Tapdıqoğlu "Söhbət var" verilişində qonaq olub.

Publika.az xəbər verir ki, o, həmkarlarının aşıq sənətini təbliğ etməsindən narazılığını bildirib.

"Bügünkü gündə muğamda olan xalq mahnıları aşıq musiqisindən gəlir. Günah aşıqlarımızdadır. Bunu medianın, insanların üstünə atmayaq. Çünki efirlərdə təbliğini etmirlər. Çağırırlar ifa etməyə sazla başqa-başqa, atası-anası bilinməyən havalar, musiqilər çalırlar. Camaatdan nə narazılıq edə bilərsən ki? Əgər saz sinəndədirsə, onun havası çalınmalıdır. Saza yaxın olmayan havaların çalınması ayıbdır.

Restoranlarda çalıb oxuya-oxuya masaya yaxınlaşmaq təkcə aşıqlarda deyil. Bu, xanəndələrdə, meyxanaçılarda da var. Sadəcə bu aşıqlarda qabarıq şəkildədir. Ən çox onlar gözə dəyir. Arzu edirəm ki, Allah onlara çörək qapısı açsın, buna ehtiyacı olmasın. Getsin başqa bir işlə məşğul olsun, ya da toyları olsun, o cür restoranlarda oturmasınlar" deyə, Əli vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur