“Napoli” rəhbərliyi komandanın lideri, 22 yaşlı gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya üçün yeni müqavilə hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Bildirilir ki, Kvaratsxeliyanın məvacibində ciddi artımolacaq. Gürcü hazırda ilə 1,5 milyon avro alır.
Daha əvvəl “Napoli” maaşı ildə 10 milyon avroya yüksələn Viktor Osimhenlə müqaviləni uzadıb.
Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə “Napoli”nin heyətində 24 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.