Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.
Milli.Az