Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə gələn idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən şikayətləniblər.
Publika.az "Figaro"ya istinadən xəbər verir ki, çox sayda idmançı təkrar emal edilmiş materiallardan hazırlanmış seks əleyhinə karton çarpayılardan şikayətlənir.
“Olimpiya kəndindəki çarpayılarla nə baş verir? 100% təkrar emal edilmiş materiallardan hazırlanıb? Sözdə seks əleyhinə çarpayılardır, amma əsl narahatlıq verirlər”, - deyə reqbi oyunçusu Libbi Yans van Rensberq sosial şəbəkə hesabında paylaşım edib.
Fransız cüdoçu Yulien Brulard da vəziyyətdən təəccüblənib: "Bu zarafat deyil, olimpiya çarpayısı, gördüyünüz kimi, kartondan hazırlanır."
“Birinci gecə karton çarpayılarda yatdıq. Arxamı itirmək üzrəyəm", - deyə su polosu üzrə Avstraliya millisinin üzvü Tilli Kirns bildirib.
Heybət