Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslərin idarə etdikləri avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində xəsarət alanların sayı 80-ə çatıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.
Avtomobili idarə edən şəxs saxlanılsa da, onun şəxsiyyəti hələ açıqlanmayıb.
***
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdikləri iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.
QÜTB.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.