Almaniya Rusiya ilə qarşıdurmaya hazır deyil.
Publika.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Boris Pistorius deyib.
Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.
O, Avropada sülhün hökm sürəcəyinə "sarsılmaz inam" üçün artıq yer olmadığını və Almaniyanın regionun gələcəkdə qarşılaşa biləcəyi "təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır olmadığını" etiraf edib.
Eyni zamanda, nazir “Rusiyadan gələn təhdidlərə” və beynəlxalq siyasətin digər aktorlarına qarşı hazırlıq görməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, Almaniya Müdafiə Nazirliyi Soyuq Müharibədən sonra ilk dəfə Rusiyanı cilovlamaq üçün müdafiə planı hazırlayır. Berlinin bu qərarının Ukrayna münaqişəsinə reaksiya olduğu və strategiyanın əsas məqsədinin Rusiyanın təxribatına qarşı durmaq olduğu bildirilir.
Tural