Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı öz mövqeyini müdafiə etməsində göstərdiyi cəsarət və xarakter Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.
QÜTB.AZ xəbər verir ki, o bu barədə Qazaxıstana səfərindən sonra mətbuat konfransı zamanı danışıb.
O qeyd edib ki, Gürcüstanda baş verən hər şeyə təəccüblə baxıb.
“Bizim Gürcüstan rəhbərliyi ilə heç bir münasibətimiz yoxdur. Onların öz nöqteyi-nəzərini müdafiə etmək üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə heyran etdi”, - deyə dövlət başçısı bildirib.
Həmçinin Putin Qərbin keçmiş SSRİ ölkələrinin daxili siyasətinə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib ki, “kim ödəniş edirsə, musiqi o sifariş edir”.
Dövlət başçısı qeyd edib ki, Qərb dövlətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının (QHT-lərin) sayına baxsanız, “mənzərə çox real görünür”. Putin vurğulayıb ki, QHT üzvləri xarici ölkələrdən gələn pullarla keçmiş Sovet İttifaqı ölkələrində siyasi fəaliyyətdə iştirak edirlər.
Hüseyn İbadlı