Avropa sanksiyaları Rusiyanın müdafiə sənayesini məhv edə bilmədi və indi Aİ "Ukrayna tuneli"nin sonunda işığı görmür.
Publika.az xəbər verir ki, bunu Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda çıxış edən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel deyib.
O vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Bu da öz növbəsində Rusiya hərbi maşınını xeyli zəiflədib, lakin təmamilə sıradan çıxara bilməyib.
"Müharibə davam edir və döyüşlər daha da şiddətlənir və biz "Ukrayna tuneli"nin sonunda işığı görmürük", - deyə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bildirib.
Cəmilə