11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

11 yan 2025 08:00
GÜNDƏM
ads
Advertisement

Mənzil bazarında hissəli satış prosesi canlanacaq.

QÜTB.AZ Xəzər TV-yə istinadən bildirir ki, "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyir ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı.

Eskpertin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq.

Firdovsi Xəlilov əlavə edib ki, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir.

Ekspert qeyd edib ki, bundan başqa, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur