31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib

05 fev 2024 12:00
GÜNDƏM
ads

“Bu günki gündə papağa, papaqçılığa tələbat, həvəs azdır. Bir neçə il əvvəl ayda 50 papaq tikirdimsə, indi 25 papaq tikirəm. Hazırda 3 şagirdim var, oğlum da papaqçıdır. Amma iş yaxşı olanda 6-7 şagirdim olurdu. Belə başa düşürəm ki, papağa marağım azalması həm də insanların maddi vəziyyətinin aşağı olması ilə bağlıdır. Çox insan köhnə papağını yamatdırmağa gətirir. Yenisini almaq istəyənlər azdır. Mənim elə müştərilərim var idi ki, yaxşı, bahalı papaqlar alırdılar. Son vaxtlar gəlib deyirlər ki, “Sədi usta, münasib qiymətə olanını ver”. Həm də bu gün başına papaq qoyanlar azalıb. Çox insan müasir papaqlardan istifadə edir. Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz”

Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 30 ildən çoxdur ki, papaqçı işləyən Sədi Xalayev deyib. O daha sonra əlavə edib.

“Papaq tikmək üçün müxtəlif növ dərilərdən istifadə edirik. Bu dərilər “qaragül” adlanır. Birinci növ “əntik-gümüşü”, ikinci növ “qəhveyi-sur”, 3-cü “boz-gümüşü”, 4-cü növ isə qara rəngli dəridir. Ən münasib qiymətə olan dəri də qara rənglidir. Qara rəngli papaqların qiyməti 60-100 manat arası dəyişir. Qəhvəyi, boz-gümüş rəngli papaqların qiyməti 150-200 manat arasıdır. “Əntik-gümüşü” rəngli papaqların qiyməti isə 350-400 manat arasıdır. Papaqların materialı da bahalaşıb. Bəlkə də alıcılıq qabiliyyətinin aşağı düşməsi də qiymətin baha olmasındadır. Bəzən elə olur ki, papaq bir dəridən yox, iki rəng dəridən tikilir. Belə olan halda papağın qiyməti də yüksək olur” deyə papaqçı deyib.

Papaqçı bildirib ki, bir çox tanınmış, ictimai-siyasi xadimlər üçün papaq tikdirib.

“2 həftə öncə millət vəkili Adil Əliyev üçün papaq tikmişəm. Çox xoşuna gəldi, papaq da ona yaraşdı. Dərini də özü seçmişdi. Bir il əvvəl xalq artisti Alim Qasımova, aşıq Əhlimana papaq tikmişəm. Müdafiə Nazirliyinin ali zabitlərinə, yüksək rütbəli şəxslərinə də papaq tikirəm. Ən çox pul ödəyən aşıq Əhliman olub. Çünki o hündür papaq qoyur, bu da iki dəridən ərsəyə gəlir. 2016-cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə üçün də papaq tikmişəm. İdarənin işçiləri mənə zəng vurub dedilər ki, şeyxülislama 59 ölçüdə papaq lazımdır. Mən də həmin ölçüdə gözəl dəridən bir papaq tikdim. Sonradan öyrəndim, dedilər ki, şeyximiz həmin papağı çox bəyənib” deyə papaqçı Sədi Xalayev deyib.

Sədi Xalayev bildirib ki, papaqlarının satışının təşkil olunmasına ehtiyac var.

“ABAD-la işləyirəm, onlar mənim papaqlarımın satışını təmin edirlər. Amma son vaxtlar onlarda da satış azalıb. 4 ay bundan əvvəl 10 ədəd papaq vermişəm, hələ də satılmayıb. Ondan əvvəlkilər də heç satılmayıb. İş çox zəifləyib. Sərgilər olsaydı işlərim yolunda gedərdi, vəziyyətim yaxşılaşardı. Ümid edirəm ki, bu sahədəki böhranlı vəziyyət tezliklə aradan qalxacaq və xalqımız milli dəyəri, qeyrət rəmzi olan buxara papaqlardan daha çox istifadə edəcək” deyə papaqçı bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur