"Research Gate" jurnalında dərc olunan yeni məqalədə Harvard və Montana Texniki Universitetindən olan bir qrup tədqiqatçı "naməlum anomal fenomenlərin" müşahidə edilməsi haqqında fikir bildirib. Alimlər yazıda "yer üzündə gizlənmiş ağıllı varlıqların aramızda gəzdiyini" qeyd ediblər.
Publika.az xəbər verir ki, məqalədə alimlər bir sıra fərziyyələr irəli sürüblər.
Birincisi, qədim, yüksək inkişaf etmiş insan sivilizasiyasının hansısa "qalıq forması" hələ də mövcuddur və bizi izləyir.
İkincisi, naməlum varlıqlar, bir növ uzaq keçmişdəki insanlardan, bəlkə də "ağıllı dinozavrlardan" müstəqil olaraq təkamül keçirib və indi varlığını bizdən gizlədir.
Üçüncüsü, Yerin bu gizli sakinləri bura başqa planetdən və ya zaman dövründən gəliblər.
Alimlər öz məqalələrində ABŞ Nümayəndələr Palatasının keçmiş nümayəndəsi Mike Qallaherdən sitat gətirdilər. O, keçən il UFO müşahidələri ilə bağlı "bütün bu vaxt ərzində burada gizlənən və birdən-birə görünən qədim sivilizasiya" ola biləcəyini söyləyib.
Cəmilə