Alimlər müəyyən ediblər ki, böyrək çapıqları olan insanlarda “SOX9” zülalının funksiyası pozulur.
Publika.az xəbər verir ki, böyrəklər tez-tez diabet, hipertoniya, infeksiyalar, antibiotiklərin və ya qeyri-steroid iltihabəleyhinə ağrıkəsici dərmanların istifadəsi nəticəsində zədələnirlər.
Bioloqlar laboratoriya siçanlarında böyrək zədələnməsini araşdırıblar. Aşkar ediblər ki, zədələnmiş hüceyrələr özlərini bərpa etmək üçün SOX9 zülalını aktivləşdirir, sonra isə deaktiv edirlər. Bununla belə, bərpa oluna bilməyən hüceyrələrdə SOX9 aktiv olaraq qalır. Bu, böyrək toxumasının çapıq toxuması ilə əvəzlənməsinə və qanı süzmək qabiliyyətinin azalmasına səbəb olur.
Alimlər SOX9-u deaktiv etməyin yolunu tapıblar və heyvanlar üzərində sınaqdan keçiriblər. Onların kəşfi hazırda müalicəsi olmayan böyrək çapıqlarının sağaldılmasına səbəb ola bilər.
Tədqiqat “Science” jurnalında dərc olunub.
Roza