Finlandiya Rusiyadan Avropaya miqrant axınının qarşısını almaq üçün sərt tədbirlər görmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkə parlamenti insan hüquqlarını pozan yeni qanunları təsdiq etməyi planlaşdırır. Belə ki, hakimiyyət sərhədi mühafizə etmək, miqrantların telefon siqnallarına nəzarət etmək və onları təcridxanalara göndərmək üçün minlərlə əsgərin cəlb edilməsi imkanlarını nəzərdən keçirir.
Təkliflər arasında qaçqınların sığınacaq tələblərini nəzərə almadan Rusiyaya geri qaytarılması əsas diqqət çəkən məsələdir.
Qeyd edilir ki, Finlandiya getdikcə daha çox sərhəd patrulları yerləşdirir, sərhəd boyunca hasarlar tikir, dronlardan və elektron detektorlardan istifadə edir. Eyni zamanda, iki ölkə arasındakı gərginliyə baxmayaraq, Finlandiya və Rusiya sərhədçiləri müntəzəm görüşlər keçirirlər.
Finlandiyadakı Şimali Kareliya Sərhəd Mühafizəsi komandirinin müavini Samuli Murtonen deyib ki, əsas problem odur ki, Rusiyada qanuni yaşayan hər kəs ölkəni tərk edə bilər. O əlavə edib ki, əvvəllər Rusiya sərhəd xidməti heç kimin Aİ vizası olmadan sərhədi keçməsinə icazə vermirdi.
Adəm