Bakının bu rayonunda su kəsiləcək
Cənubi Qafqazda sülhün üç mühüm amili var- Rəylər
Putin və Ərdoğan bu məsələdə razılığa gəldi
Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır
Almaniya parlamentinin iclasına beretlə qatılan deputat iclasdan kənarlaşdırılıb.
Qutb.az “Bild”ə istinadən xəbər verir ki, parlamentin “Sol” partiyasından deputatı Marsel Bauer qanunverici orqanın iclasına başında beretlə qatılıb.
33 yaşlı deputatın bu addımı onun 53 yaşlı həmkarı və Bundestaqın vitse-sədri Andrea Lindholtsun etirazına səbəb olub. O, Bauerdən bereti çıxarmağı tələb edib.
Deputat bu tələbə etiraz etdikdə isə, o, zaldan çıxarılıb. Bauerin iclas zalından çıxarılması digər deputatların etirazına səbəb olub.
Qeyd edək ki, Bundestaqda yalnız dini səbəblərə görə və yaxud sağlamlıqla əlaqədar zəruri hallarda baş geyimi taxmağa icazə verilir.