"Azərbaycanda oriental rəqs qəbul olunmur. Mənəvi olaraq çox çətindir. Özümə qəbul etdirə bilmədim. Ona görə də rəqsimin ən tələbolunan vaxtında onunla sağollaşdım".
Publika.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-rəqqasə Sevda Sanəliyeva "Özəl" proqramına açıqlamasında deyib. Sənətçi bir müddət yaradıcılığına fasilə verməsindən danışıb:
"Övladlarıma görə sənətə fasilə verdim. İstəmədim uşaqlarım dayə əlində böyüsün. Daha sonra isə anamı itirdim deyə fasilə verdim. Televiziyadan uzaqlaşsam da, səhnədə olurdum. Uşaqlarıma görə son nəfəsimə qədər sevə-sevə sənəti ataram".
Sevda sənət dostlarından gileylənib:
"Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər. Niyə adım çəkilmir? Şou-biznesdə xoşuma gəlməyən çox şey var. Çox istəyərdim efirdə şəxsi söhbət olmasın, bir-biri ilə dalaşmasınlar. İzləyiciyə hörmətsizlikdir. Mən, böyüyüm, övladım baxır. Utanıram... Bir də efirdə açıq geyinmələrini istəməzdim. Geyimə diqqət edilsin".