29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

KXDR hava şarları ilə Cənubi Koreyaya elə şeylər göndərdi ki...

01 iyn 2024 20:00
GÜNDƏM
ads

Şimali Koreya (KXDR) iyunun 1-də Cənubi Koreyaya zibil və peyin olan hava şarları göndərib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, hərbçilər vətəndaşları obyektlərlə təmasdan çəkinməyə və onların aşkarlanması barədə ən yaxın hərbi və ya polis orqanlarına məlumat verməyə çağırıb.

KXDR-in bu cür hərəkətlərə əl atması ilk dəfə deyil. Bundan əvvəl, mayın 28-də və 29-da ölkə Cənubi Koreyaya zibil və nəcislə dolu 260-a yaxın şar göndərmişdi. Şarlar ölkənin müxtəlif bölgələrinə düşüb, cənub-şərqdəki Cənubi Kyonqsan əyalətinə çatıb.

“Biz Şimali Koreyaya bu qeyri-insani və vulqar hərəkətləri dərhal dayandırması üçün ciddi xəbərdarlıq edirik”, - Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildiriblər.

Şarların buraxılmasından əvvəl Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Qanq İl respublika ərazisində Cənubi Koreya tərəfindən yayılan təbliğat materiallarının tapıldığını bildirib.

“Kağız tullantıları və zibil tezliklə Koreya Respublikasının sərhədyanı ərazilərinə və daxili ərazilərinə atılacaq, bu ölkənin əmək intensiv təmizləmə səylərini sınaqdan keçirəcək”, - o xəbərdarlıq edib.

Xatırladaq ki, mayın 30-da KXDR Yapon dənizinə doğru 10-a yaxın ballistik raket atıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur