21.01.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Telegram" böyük məbləğdə CƏRİMƏLƏNDİ

03 yan 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini “İslam Dövləti” beynəlxalq terror təşkilatının ideallarını təbliğ edən kanalları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

QÜTB.AZ xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadla məlumat yayıb.

Qeyd olunur ki, Rusiya baş prokurorunun birinci müavini İŞİD-in fəaliyyətinə bəraət qazandıran məlumatlar və uydurma sənədlərin satışı ilə bağlı məlumatları özündə əks etdirən internet resurslarına çıxışın məhdudlaşdırılması tələbi ilə Roskomnadzora müraciət edib.

Roskomnadzor tələblərin yerinə yetirilməsi çərçivəsində təşkilata "Telegram Messenger Inc."ə müvafiq bildirişlər göndərib. Bundan əlavə, Cinayət Məcəlləsini 2-ci hissəsinə əsasən messencerlə bağlı protokol tərtib edilib. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.4-ci maadəsinə əsasən (sayt sahibinin məlumatı silmək öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulduğu təqdirdə məlumatı silməməsi) 4 milyon rubl məbləğində cərimə tətbiq edilib.

Məhkəmə sənədlərində o da qeyd olunur ki, protokolun tərtib edilməsinə digər səbəb "Telegram Messenger Inc"in qanunsuz kütləvi tədbirlər haqqında məlumatları, Rusiya ordusunu gözdən salan yazıları və Rusiyada ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş yalan məlumatlar silməkdən imtina etməsi olub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur