Las-Veqasdakı "Trump International Hotel & Tower" binasında "Tesla Cybertruck"u partlatmaqda şübhəli bilinən amerikalı Metyu Livelsberger partlayışdan əvvəl intihar edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Klark dairəsinin şerifi Kevin Makmehillə istinadla "Associated Press" (AP) məlumat yayıb.
Polis məmurunun sözlərinə görə, tibbi ekspertlər avtomobil partlamadan əvvəl Livelsbergerin başından yaralandığını müəyyən ediblər.
37 yaşlı cinayətkarın kimliyi şəxsiyyət vəsiqələri və döymələri ilə təsdiqlənib. Həmin şəxs Şimali Karolina ştatında "Fort Bragg"də yerləşmiş fəal hərbçi olub.
Bundan əlavə, Livelsbergerin sosial şəbəkələrdəki səhifələrində onun Ukrayna simvolları olan paltar geyinmiş şəkli tapılıb.
Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda "Trump International Hotel & Tower"in yaxınlığında "Tesla Cybertruck" avtomobili partladılıb. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb, həkimlər onu xilas edə bilməyiblər.
"Tesla"nın qurucusu və baş direktoru İlon Mask bildirib ki, elektrikli avtomobilin partlaması terror aktı nəticəsində baş verə bilər.
Hüseyn İbadlı