"ABŞ ölür və sərhəddəki vəziyyət fəlakətə çevriləcək".
Publika.az xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp Nevadada tərəfdarlarının mitinqində deyib.
"Ölkəmiz ölür. Sərhədimiz açıqdır. Açıq yaradır. Bu, əvvəllər heç vaxt olmamışdı", - Tramp bildirib.
ABŞ-ın keçmiş prezidenti sərhəddəki vəziyyətin daha da pisləşə biləcəyini və sonda fəlakətə çevrilə biləcəyini iddia edib.
Artıq bir neçə gündür ki, Texasda ştatın Milli Qvardiyası ilə federal sərhəd xidməti arasında qarşıdurma davam edir. Sonuncular Meksika ilə sərhəddə maneələri və tikanlı məftilləri sökməli idilər, lakin yerli Milli Qvardiyaçılar buna imkan vermirlər.
Texasda onlar hesab edirlər ki, federal hakimiyyət qeyri-qanuni miqrant axınının öhdəsindən gəlmək üçün heç bir şəkildə kömək etmir, ona görə də onlar təşəbbüsü öz əllərinə almalıdırlar.
25 Respublikaçı qubernator, o cümlədən Donald Tramp texsaslıların hərəkətini dəstəkləyiblər.
Hüseyn İbadlı