Texasda immiqrasiya qalmaqalları fonunda Amerika Birləşmiş Ştatlarından ayrılma çağırışları güclənir.
Publika.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Aydın olur ki, buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.
“Bu bəyanatlardan sonra ştatın ABŞ-dan ayrılmasını istəyən “Texit” tərəfdarları yenidən aktivləşib”, – nəşr qeyd edir.
“Texit” hərəkatının lideri Daniel Millerin sözlərinə görə, o, bu vəziyyətdən istifadə edərək, ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsvermə bülleteninə daxil etməyə çalışacaq.
Tural