Kreml Türkiyənin Ukraynada nizamlanma üçün “sülh platforması” yaratmaq ideyasını dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 6-da bildirib ki, Ankara ölkələrin və diplomatiyanın geniş iştirakı ilə sülh platformasının yaradılmasını zəruri hesab edir. O, Türkiyənin Ukraynada sülh təşəbbüslərinin daha geniş yayılmasının tərəfdarı olduğunu da vurğulayıb.
“Biz heç vaxt danışıqlardan imtina etməmişik, əksinə, bütün maraqlı tərəflərin iştirakı ilə aparılan danışıqların tərəfdarı olmuşuq. Belə bir platforma olsaydı, çox yaxşı olardı”, - deyə o, brifinq zamanı bildirib.
Peskov həmçinin qeyd edib ki, Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün siyasi və diplomatik addımlara üstünlük verir.
Akqabay