29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Onlara Heydər Əliyev Sarayında konsert keçirməyə icazə verilməyib

27 iyn 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.

Publik.az axşam.az-a istinadla xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?" verilişində deyib.

O bildirib ki, ifa etdirkləri mahnılara görə Sarayın səhnəsinə çıxışa qadağa qoyulub.

Tolik Vəfa Şərifovanın sözügedən məkanda konsert vermək istədiyini, ancaq "yox" cavabı aldığını söyləyib:

"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Sarayın direktoru İlham Qasımovla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, bura uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu, janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən mərhələlərdən keçsinlər, Yaşıl Teatrda konsert versinlər.

Bildiyim qədəri ilə, Damla və Şəbnəm orada səhnəyə çıxıb. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər, repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnəyə çıxıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur