Amerikanın “Forbes” jurnalı amerikalılara Türkiyədə şübhə yaradacaq tövsiyə verib.
QÜTB.AZ xəbər verir ki, jurnalın Şimali Kipr Türk ResQutb.azsını (KKTC) xaricdə əmlak almaq üçün ən gəlirli ölkə kimi təqdim etməsi gündəm mövzusuna çevrilib.
Türkiyədə mənzil qiymətlərinin artması səbəbiylə son bir ildə ən populyar investisiya yerlərindən birinə çevrilən KKTC-də mənzil sahibi olan türklərin sayı günü-gündən artır.
KKTC-də “Daşınmaz Əmlakın Alınması və Uzunmüddətli Kirayə Qanunu” adlı yeni qanunla Türkiyə ResQutb.azsı vətəndaşlarının mənzil hüququnun birdən üçə qaldırılmasına qərar verilib.
Kipr daşınmaz əmlak bazarını qiymətləndirən İnşaat Mühəndisi Aycan Fenercioğlu “Haberglobal”a müsahibəsində Kiprdə inşaat sektorunun son 3 ildə sürətləndiyini bildirib:
"Türkiyədə ev ala bilməyən investorlar KKTC-də möhlət əsasında çox daha sərfəli qiymətə ev ala bilərlər. Türkiyədə amortizasiya müddəti 20 ikən, KKTC-də bu müddət orta hesabla 10-12 il aralığındadır”.
Roza Şəfiyeva