Yarımmüdafiəçi Daniel Maldini İtaliya millisində debüt edib.
QÜTB.AZ xəbər verir ki, 23 yaşlı futbolçu Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun İsraillə oyununda 73-cü dəqiqədə meydana çıxıb.
Daniel Paolo Maldininin oğlu və "Azzurra"da da oynamış Çezare Maldininin nəvəsidir. Beləliklə, Maldini ailəsinin üç üzvü millinin formasında meydana çıxan ilk nəsil olub.
Paolo Maldininin İtaliya millisində son oyunundan 22 il 118 gün keçir. Çezare Maldini sonuncu dəfə 61 il 1 gün əvvəl "Azzurra"nın heyətində meydana çıxıb.
Qutb