31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Baydenin oğlundan gözlənilməz QƏRAR: arzuolunmaz şəkillərini yayan kanalı...

23 iyl 2024 00:00
GÜNDƏM
ads

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden “Fox News” kanalına qarşı məhkəmə iddiasından imtina edib.

Publika.az xəbər verir ki, onun arzuolunmaz şəkillərini yaydığına görə media orqanını məhkəməyə verən H.Bayden 3 həftə sonra iddiasını geri götürüb.

Prezidentin oğlunun vəkilləri onun qərarını şərh etmirlər. Məhkəmə işindən imtina Co Baydenin prezident seçkilərində iştirak etməyəcəyinə dair bəyanatı ilə eyni gündə baş verib.

Sözügedən şəkillər 2022-ci ildə “Fox Nation”də yayımlanmış “Hanter Baydenin məhkəməsi” filmində nümayiş olunub. Bunu qanun pozuntusu kimi qiymətləndirən Hanter Bayden Nyu-York şəhər məhkəməsinə müraciət edib. “Fox News” isə bu addımın tamamilə siyasi motivli olduğunu bəyan edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur