Üsyançı "Ənsar Allah" hərəkatı üzvləri Qırmızı dənizdə ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə raket zərbələri endirib.
Publika.az "Al Masirah" telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin husi ordusunun sözçüsü Yəhya Saria məlumat verib.
O bildirib ki, təyyarə gəmisi Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərlə hücuma məruz qalıb.
“Əməliyyat öz məqsədlərinə uğurla çatdı”, - sözçü deyib.
Saria qeyd edib ki, üsyançı qüvvələr Ərəb dənizində "Transworld Navigator" yük daşıyan gəmisinə də hücum ediblər. Zərbələr ballistik raketlərlə endirilib. O qeyd edib ki, ticarət gəmisinə hücum “işğal olunmuş Fələstinin limanlarına keçidə qoyulan qadağanın pozulması” ilə əlaqədardır.
Hüseyn İbadlı