UEFA prezidenti Aleksander Çeferin "The Telegraph" qəzetinə müsahibəsində Ukrayna və ya İsrailin Avro-2024-də iştirakçı olma ehtimalı ilə bağlı suala cavablandırıb.
Publika.az xəbər verir ki, o qeyd edib ki, bu, turnirdə təhlükəsizlik məsələlərini çətinləşdirə bilər:
“İndi geosiyasi baxımdan dünyanın çılğınlaşdığını deyə biləcəyimiz vaxtlardır. Belə bir vəziyyətdə turnirdə əsas məsələ təhlükəsizliklə bağlı olacaq”. Narahatlığım təkcə stadionlara aid deyil. Əminəm ki, onlar normal şəkildə qorunacaqlar. Amma azarkeşlər şəhərlərdə toplaşacaq. Bununla belə, optimist olaq. Mən hələ də hər şeyin yaxşı olacağına əminəm”.
Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinalında Ukrayna Bosniya və Hersoqovina, İsrail isə İslandiya ilə qarşılaşacaq.
Heybət