Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Amerika kubokunun ən yaxşı oyunçusu seçilib.
Publika.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi yarışda meydana çıxdığı 6 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi Braziliyanın “San Paulo” klubunda çıxış edir. O, əvvəllər “Olimpiakos”, “Əl-Rayyan”, “Everton”, “Bayern”, “Real”, “Monako”, “Porto”, “Banfild” və “Enviqado”da top qovub.
Kolumbiya millisi finalda Argentinaya 0:1 hesabı ilə olub.
Heybət