08.01.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ bu ölkəyə qarşı sanksiyaları yumşaldır

07 yan 2025 07:00
GÜNDƏM
ads

ABŞ Maliyyə Nazirliyi Suriya hakimiyyət orqanları ilə bağlı əməliyyatları və Ərəb Respublikasının Mərkəzi Bankı vasitəsilə pul köçürmələrini sanksiyalardan azad edib.

QÜTB.AZ xəbər verir ki, müvafiq lisenziya ABŞ-ınn Maliyyə Nazirliyi tərəfindən dərc edilib.

Belə ki, enerji resursları və Suriya hakimiyyəti ilə bağlı əvvəllər qəbul edilmiş prezident fərmanları ilə əlaqədar qadağan olunmuş əməliyyatlara 2025-ci il iyulun 7-si yerli vaxtla 12:01-dək icazə verilir.

Qeyd edək ki, 2024-cü il dekabrın 8-dən sonra Suriyada dövlət qurumları ilə əməliyyatlar, neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi də daxil olmaqla enerji resurslarının Suriyaya və ya onun ərazisinə satışı, tədarükü, saxlanması və ya bağışlanmasını dəstəkləyən əməliyyatlar, Suriya Mərkəzi Bankı da daxil olmaqla qeyri-kommersiya şəxsi pul köçürmələrinin Suriyaya köçürülməsi üçün ümumiyyətlə baş verən və zəruri olan əməliyyatlar nəzərdə tutulur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur