23.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Aİ ABŞ-ı sərt cavab tədbirləri ilə HƏDƏLƏDİ

02 fev 2025 22:00
GÜNDƏM
ads

Avropa Komissiyası ABŞ-ın Aİ ölkələrindən idxal etdiyi mallara rüsum tətbiq edəcəyi təqdirdə sərt cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi bildirib ki, Aİ aşağı ticarət tariflərini iqtisadi artım və sabitliyin mühüm amili hesab edir. ABŞ-ın tətbiq etdiyi istənilən ədalətsiz rüsumlar Avropa İttifaqı tərəfindən sərt və qətiyyətli reaksiya ilə qarşılanacaq.

Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika və Kanadadan gələn mallara 25% , Çin mallarına isə 10% rüsum tətbiq edən fərman imzalayıb. O, qərarını qanunsuz miqrasiya və narkotiklərlə mübarizə ilə izah edib.

EY-nin baş iqtisadçısı Qreqori Dako qeyd edib ki, Trampın Kanada, Çin və Meksikadan gələn mallara idxal rüsumları tətbiq etmək qərarı ölkədə ət və süd məhsullarının qiymətlərinin artmasına səbəb ola bilər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur