Rusiyanın Müdafiə Nazirliyi Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.
Kremlin sözçüsü deyib: “Əgər bu cür planlar həyata keçirilərsə, hərbçilər, əlbəttə ki, vəziyyəti təhlil edəcək və istənilən halda təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi, bütün lazımi cavab addımlarını atacaqlar”.
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda bildirib ki, NATO müttəfiqləri qərar verərsə, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır. Onun sözlərinə görə, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi bir müddətdir ki, Birləşmiş Ştatlarla "danışıqların mövzusu olub".
Akqabay